Ana südünün azaldılma üsulları

Körpənin süddən kəsilməsi zamanı ananın rahatlığını təmin etmək üçün aşağıdakı tədbirləri nəzərinizə çatdırırıq. “Südünüzü qurutmaq” üçün sinənizi sarımayın. Bu, süd kanallarının tıxanması, döş infeksiyası və döşdə şişkinliyə səbəb olan keçmişdə qalmış bir üsuldur.

Əgər xüsusi bir vaxt körpəni əmizdirmədikdə döşləriniz dolur və sizə narahatlıq törədirsə, vəziyyətiniz yüngülləşənə qədər bir balaca südünüzü sağın. Siz südü bir neçə dəqiqə südsağanla və ya əlinizlə sağa bilərsiniz.
Davamı →

Qırmızımtıl və ya çəhrayı ana südü

Bəzən analar sinələrindən gələn südün qırmızımtıl çalarda və ya çəhrayı olmasından narahat olurlar. Bu zaman nə edəcəklərini bilmirlər- əmizdirməyə davam etməkmi, yoxsa süd normal rənginə qayıdana kimi fasilə verməkmi? Ana südünün qırmızı olmasının iki səbəbi ola bilər:

1. Döşdə və ya gilə daxilində qan kapilyarlarının partlaması ana südünü qımızımtıl rəngdə olmasına səbəb ola bilər. Ana südündə az miqdarda qanın olması ciddi problem deyil. Lakin anada qan vasitəsilə körpəyə keçə biləcək xəstəliyin mövdculuğu bu halda istisnadır. Ana südünə keçən cüzi qan südün rənginə təsir edə bilər. Ana südündə qanın çoxluğu körpədə qusmaya səbəb olsa belə ciddi narahatlığa səbəb yoxdur. Bu halda həkim və əmizdirmə məsləhətçisinin məsləhətini almaq tövsiyyə edilir.
Davamı →

Ana südü uşağın cinsinə görə fərqli olur

Harvard Universitetinin araşdırmalarına əsasən məlum olmuşdur ki, analar uşağın cinsindən asılı olaraq fərqli süd istehsal edirlər.

Mütəxəssislər ilk öncə südverən 1,5 million inək üzərində müşahidə aparmışdırlar. Məlum olmuşdur ki, dişi dünyaya gətirən inəklər erkək gətirənlərə nisbətdə 453 litr daha çox süd istehsal edirlər. Çünki, dişi inəklərin reproduktiv yaş hədləri daha aşağıdır. Bu səbəbdən daha tez böyüyərək daha çox törəmək imkanları olacaqdır.
Davamı →

Uşağı ana südündən kəsmək üçün 3 vacib ipucu

Maraqlıdır ki, hamiləlikdən başlayaraq doğuşdan sonra ilk 6 ay anaları ən çox narahat edən körpələrini ana südü ilə qidalandırmaq məsələsi olduğu halda, 1 yaşından sonra artıq həmin anaları süddən kəsmək məsələsi daha çox narahat edir.

Yeri gəlmişkən, uşağın ana südündən “kəsilməsi” sözünə daha çox önəm veririk, nəinki ana südünü “tərgitməsi” sözünə çünki, “tərgitmək” sözünün adətən pis vərdişlərə şamil edirik. Ana südü ilə qidalanmaq isə pis vərdiş deyil, o səbəbdən “kəsilmək” sözü burada daha çox yerinə düşür.
Davamı →

Ana südünü azaldan vasitələr

  • Qadın
Ana südünü azaldan vasitələrdən adətən süddən ayırma zamanı istifadə olunur, lakin onlardan həmçinin süd ehtiyatının çoxaldığı fövqəladə hallarda, ənənəvi tədbirlər effektiv olmadığı zaman istifadə oluna bilər. Əgər siz süddən kəsmə prosesində deyilsinizsə, bu vasitələrlə ehtiyatlı olun! Əgər nəticəni görməyə başladınızsa, həddi aşmayın.

Ada çayı
Süd ehtiyatını azaltmaq üçün, ¼ çay qaşığı qurumuş adaçayını (Salvia officinalis) 1-3 gün ərzində, gündə 3 dəfə qəbul edin. Təzə adaçayını tərəvəz şirəsinə qarışdıra bilərsiniz. Siz həmçinin onu digər qidalara da qarışdıra bilərsiniz. Məsələn, şorbanıza qata bilərsiniz.
Davamı →

Hansı döşlərdə süd olmur?

Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından qadına fərqli ola bilir.

İstənilən döş istər iri istər kiçik, istər elastiki istər sallaq döşlər körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir. Gilənin uzun və ya qısalığından, areolanın rəngindən və genişliyindən asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.

Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi çətinliklər yarada bilək ki, onları da mütəxəssislərlə birlikdə çözmək kifayət qədər mümkündür.
Davamı →

Keçi südü ana südünün əvəzləyicisi olar bilərmi?

Bir sıra dünyamiqyaslı süni qida istehsalçılarının reklam vasitələrində müxtəlif – inək südü, keçi südü və soya əsaslı körpələr üçün nəzərdə tutulan süni qidalarının təbliğatlarında valideynlərdə etimad doğruracaq mübaliğəli cümlələr eşitmək mümkündür: “Biz körpənizə istehsal etdiyimizin ən yaxşısını veririk!”, “Təbii asanlıqla həzm olan!”, “Ana südünə bir addım daha yaxın!” və s.

Ana südünün tərkibindəki qidalandırıcılar 400-dən artıq olduğu halda, süni qidanın tərkibində 40-ya yaxın qidalandırıcı mövcuddur. Elm və tibb inkişaf etdikcə, süni qida istehsalçıları ana südünə daha çox yaxınlaşmağa çalışırlar.
Davamı →

Ana südü haqqında 10 yalan

Yeni ana olmuş təcrübəsiz xanımları ana südü və əmizdirmə mövzusunda əslində, doğru olmayan məlumatlarla yükləyən qohum, dost və tanışlar həmişə var.

Onlar sözsüz ki, bu məsləhətləri xoş niyyətlə verirlər və əmizdirmə ilə bağlı yarana biləcək problemlərdən qorumağa çalışırlar. Amma təəssüf ki, bu cür məsləhətlər nəinki yeni olan analara kömək edir, bəzi hallarda onlar üçün problem yaradır. Əgər körpənizi əmizdirməyi qərara almısınızsa, onda mənfi fikirlərə qapılmayın.

Süd gələnə qədər süni qida vermək lazımdır.Çox geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən qat-qat zəngin zülal olan ağuz südü olur. “Childbirth” Beynəlxalq Təlim Təşkilatının təqdim etdiyi sonuncu məlumatlara (2010) görə, ana südünün 100 ml-də 0.9 qr zülal olduğu halda, eyni miqdarda ağuz südünün tərkibindəki zülalalın miqdarı 2.3 qr təşkil edir. Ağuz südü verməklə körpənizin bütün qida ehtiyaclarını ödəmiş olacaqsınız və süni qidaya heç bir ehtiyac qalmayacaqdır.

Ana südü ilə bərabər körpəyə əlavə maye və qida lazımdır. Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir. Körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyacı yoxdur. Bunu eşidən nənənlər başını tutub, “Siz uşağa şirin çay vermirsiniz?” deyəcəklər. Aşraf R.N. (Ashraf R.N.) “Additional water is not needed for healthy breastfed babies in hot climate” (Acta Paediatrica Scandinavia 1993) adlı məqaləsində hətta qızmar yayın istisində belə ana südü ilə qidalanan körpəyə əlavə mayenin verilməsinin lazımsız olduğunu qeyd edir. İsti iqlim ölkələrində körpələrin sadəcə olaraq daha tez-tez əmizdirilməsini Qoldberg N. (Goldberg N.) və E. Adams (Archives of Diseases of Childhood 1983) “Supplementary water for breast-fed babies in a hot and dry climate-not really a necessity” adlı məqalədə tövsiyə edirlər.


Ardı →

Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu

Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır. Bu ərəfədə «körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə qidaya ehtiyacı var» kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya başlanır.

0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal, yağ, su və s. ehtiyacını qarşılayan tək mənbədir. 4-6 aylarında körpənin çəki artımının yavaşlamasının təbii olduğunu və əlavə qidalara başlamaq üçün səbəb olmadığını bilmək lazımdır.
Bu müddətdə əsas olan körpəyə əlavə qida verilməsi deyil, onun hər istədiyində ana südü ilə qidalandırılmasıdır. Vaxtından əvvəl əlavə qidaya başlamaq, xüsusilə də ana südü əvəzinə verildiyində, körpənin qidalanma keyfiyyətini azaldır. Körpənin yalnız ana südü ilə qidalandırıldığında 6-cı aya qədər su, çay, kompot və meyvə şirə və sularına ehtiyacı yoxdur. Ana südü körpənin maye ehtiyacını qarşılayır. Əlavə qidaya başlayanda körpəyə fincanla su içirtmək tövsiyyə edilir. Meyvə sularını körpəyə vermək lazım deyil, çünki, bunların qida yönündən faydası yoxdur. Körpənin çoxlu miqdarda maye qəbulu onun az çəki almasına səbəb ola bilər.


Ardı →

İlkin ana südü ("ağuz südü")

İlkin ana südü («ağuz südü», «molozivo») ananın süd vəzilərindən uşaq dünyaya gəldikdən dərhal sonra bir neçə gün ərzində ifraz olunan süddür.

İlkin ana südü uşaq doğulduqdan 3-5 gündən sonra yetkin ana südü ilə əvəz olunur.

İlkin süd adi südə məxsus olan rəngdə olmur. Onun rəngi daha çox parlaq-sarı, hətta narıncı olur (yetkin ana südü göyümtül rəngdədir). İlkin süd yetkin ana südü ilə müqayisədə daha qatı olur və onun tərkibindəki qida və digər faydalı maddələrinin miqdarı daha çox olur.

Ardı →